Şehidler Xiyabanı küçesinde zencirvari qeza
10 İyul 2013 Çərşənbə 11:16
Şehidler Xiyabanı küçesindeki qeza zamanı 3 avtomaşın toqquşub.
Ötən gecə Lənkəran şəhərində 3 avtomaşının toqquşması ilə nəticələnən qəza hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə təqribən gecə saat 00:00 radələrində, şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. 23 yaşlı Raiq Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Ləvəngi–Avtovağzal istiqamətində hərəkəti zamanı sağdan sola dönmək istəyərkən, arxadan gələn 25 yaşlı Savalan Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşın, “Mercedes” markalı avtomaşına çırpılıb.
Sonra “VAZ-2107” markalı avtomaşın yol kənarında hərəkətsiz dayanan “VAZ-21011” markalı avtomaşınla toqquşub. Sonra elektrik dirəyinə çırpılıb.
Zəncirvari qəzada hər 3 avtomaşına ciddi ziyan dəyib. Hadisə yerində olan polis əməkdaşları bildirib ki, “Mercedes”in sürücüsü hərəkətdə olarkən sağdan sola dönən zaman düzgün manevr etməyib və arxadan gələn maşınlar üçün qəza şəraiti yaradıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: