Saxta eskinaz hazırlayan şexs yaxalanıb
14 Avqust 2013 Çərşənbə 13:22
Bakıda saxta eskinaz hazırlayan keçmiş mehkum yaxalanıb. Ondan 12 eded saxta 100 manatlıq eskinaz aşkar edilerek götürülüb.
Avqustun 12-də naməlum şəxs Azadlıq prospektində yerləşən əczəxanadan aldığı dərman preparatlarının ödənişini saxta 100 manatlıq əskinazla edib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ödənişi edən, əvvəllər məhkum olunmuş Yalçın Bəşirov bir gün sonra tutulub.

Onun Nizami rayonu, E.Süleymanov küçəsindəki yaşadığı mənzilə baxış keçirilərkən saxta pul hazırlanmasında istifadə olunan 1 ədəd printer və 12 ədəd saxta 100 manatlıq əskinaz aşkar edilərək götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar