Şamaxıda toy günü dəhşəti
30 May 2014 Cümə 10:29
Şamaxıda qohumlar bir-birini güllələyib. Hadisə ötən gecə rayonun Sabir qəsəbəsində baş verib.
Belə ki, 49 yaşlı Şahməmmədov Feyruz Heybət və 21 yaşlı qohumu Şahməmmədov Heybət Mais oğlu arasında dava düşüb. Əlbəyaxa olduqdan sonra F.Şahməmmədov “Makarov” tapança ilə H. Şahməmmədovu vuraraq qardaşı oğlunu ayağındaan yaralayıb. Vəziyyəti belə görən H. Şahməmmədovun atası 44 yaşlı Şahməmmədov Mais Heybət oğlu tapançanı qardaşının əlindən alıb və onu güllələyib. Güllə F. Şahməmmədovun ürək və baş nahiyəsindən dayib. F.Şahməmmədov hadisə yerində ölüb.
Yaralı H.Şahməmmədov isə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib. Bu gün isə oğlan toyu olacaqdı.
İlkin ehtimala görə, qətl hadisəsi namus və ya mülk üstündə baş verib
Şamaxı rayon Prokurorluğu faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: