Şamaxıda ayı toyda insanlara hücum çəkdi
23 İyun 2013 Bazar 23:34
Heyvan qızın döş qəfəsini, çobanın isə bədəninin müxtəlif yerlərinə 10-15 cırmaq atıb.
Azərbaycanda ayı insanlara hücum çəkib. ANS PRESS-in Kanal S-ə istinadən verdiyi məlumata görə, hadisə Şamaxıda baş verib. Saat 21:30 radələrində Qala dərəsi kəndində toy zamanı ayı qəflətən insanlara hücum çəkib. Heyvan 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edilib. Ayı qızın döş qəfəsini cırmaqlayıb.
Daha sonra kənddəki tövləyə girən heyvan bir inək və bir eşşəyi parçalayıb. Bununla da sakitləşməyən heyvan Keşmədin kəndinə keçib. Ayı kəndin girişində qoyun otaran çobana hücum çəkib. 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib ayını görən kimi əlindəki çomaqla müdafiə olunmağa başlayıb. Nəticədə ayı onun bədəninin müxtəlif yerlərinə 10-15 cırmaq atıb. Sahib Allahverdiyev kəndə qaçmağa müvəffəq olub.
Burada dərhal onu xəstəxanaya aparıblar. Fəridə Nuriyeva da təcili olaraq xəstəxanaya çatdırılıb. Hazırda hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: