Şamaxıda anasını qısqanan oğul qan tökdü
04 Avqust 2014 Bazar Ertəsi 12:52
Ötən gecə saat 22:00 radələrində Şamaxı rayonunda qısqanc oğul anasını vəhşicəsinə öldürüb.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Hacı Məmmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Mahmud Ramiz oğlu Nağıyev anası, 1971-ci il təvəllüdlü Pərvanə Ataxan qızı Nağıyevaya çoxsaylı bıçaq zərbələri endirib. Gənc anasına 10-dan çox bıçaq zərbəsi vurub.

Qadın yerindəcə dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Keçirilən əməliyyat zamanı anasını öldürən Mahmud Nağıyev saxlanılıb.

O, istintaqa verdiyi ifadə zamanı anasını qısqanclıq zəmnində öldürdüyünü bildirib. Onun sözlərinə görə, anası bir neçə kişi ilə görüşürmüş.

Qeyd edək ki, Mahmud Nağıyev qadının yeganə övladı olub. Qadın bir müddət əvvəl həyat yoldaşından boşanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar