Salyanda ağır yol qəzası: ölən və xəsarət alan var
14 Avqust 2013 Çərşənbə 13:31
Yol qəzasında yük və minik avtomobilləri toqquşub.
Ötən gün Salyan rayonu Yenikənd kəndinin ərazisində kənd sakini Teymur Həşimovun idarə etdiyi "Ford Tranzit" markalı və Masallı rayon sakini Eldəniz Hüseynovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə xəsarət almış T.Həşimov xəstəxanaya aparılarkən yolda ölüb, E.Hüseynov isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar