Salyanda 17 yaşlı çoban tanışını güllələyib
05 Aprel 2014 Şənbə 05:32
Hadisə tərəflər arasdında qarşılıqlı söyşmə nəticəsndə baş verib.
Salyanda çobanlıq edən 17 yaşlı gənc tanışını güllələyib.
Salyan pois şöbəsindən verilən məlumata görə, əslən Lənkəran rayonunun Haftoni kəndindən olan, hazırda isə Salyan rayonunun Qırxçıraq kəndinə məskunlaşaraq çobanlıq edən 17 yaşlı Fazil Fərhad oğlu Məmmədov tanışını ov tüfəngi ilə güllələyib.
Hadisə aprelin 3-də axşam saatlarında baş verib. Salyan rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Dağüstü kəndinin çölündə qoyun otararkən Həsənli kənd sakini 1992-ci il təvəllüdlü Cəfərov Səfa Şirinbəy oğlu tanışı 1997-ci il təvəllüdlü Məmmədov Fazil Fərhad oğlu ilə telefon danışığı zamanı aralarında yaranan mübahisə zəminində bir-birini nalayiq söyüşlərlə təhqir ediblər.
Nəticədə Fazil Məmmədov babasından qalmış ov tüfəngini və 2 güllə götürərək çölə gəlib və Səfa Cəfərova ov tüfəngindən bir dəfə atəş açmaqla sağ baldırından yaralayıb. Cəfərov Səfa Salyan rayon xəstəxanasına, daha sonra Sumqayıt şəhər xəstəxanasına yerləşdirlilib.
Faktla bağlı Salyan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: