Salyan sakini qardaşı arvadını güllələyib
22 Mart 2013 Cümə 23:44
Hadisənin motivi hələlik məlum deyil.
Salyan rayonunda silahlı insident baş verib. Salyan Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan rayonu Düzənli kənd sakini Əliyev Yaşar Məmməd oğlu martın 22-si saat 20.30 radələrində qardaşı arvadı, 1973-cü il təvəllüdlü Əliyeva Xalidə Barı qızına ov tüfəngindən atəş açıb.

Çiyin nahiyəsindən ağır güllə yarası alan, habelə ağ ciyəri ciddi zədələnən X. Əliyeva əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Y. Əliyev polis tərəfindən saxlanılıb. Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar