Şadlıq sarayında kütləvi zəhərlənmə oldu
02 Fevral 2013 Şənbə 13:49
Zəhərlənmə Mingəçevir şəhərində baş verib.
Mingəçevir şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində qonaqlar arasında kütləvi zəhərlənmə qeydə alınıb. EL TV-yə istinadən xəbər verir ki, toyun başlanmasından bir müddət keçdikdən sonra bəzi qonaqların səhhətində narahatlıq yaranıb. Toydan sonra bu say getdikcə artıb.
Bu gün səhər saatlarından etibarən toyda zəhərlənən 35 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.
İlkin ehtimala görə, zəhərlənməyə salatlar səbəb olub. Toyda istifadə olunan qidalardan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən analiz aparılması üçün nümunələr götürülüb.
Qeyd edək ki, məclisdə istifadə olunan salatlar evdə hazırlanıb. Mərkəzi Xəstəxananın qəbul şöbəsinin həkimləri tərəfindən müraciət edən xəstələrə yardım edilib. Analiz nümunələri götürülüb. Xəstələrin mədə-bağrsaq yolları yuyulub və evə buraxılıblar.
DOSTLARINLA PAYLAŞ: