Hadisə

Sabunçuda maşın 15 yaşlı gənci vurub

Rəşad Məmmədov hadisə yerində dünyasını dəyişib

· Xəbərçi
Sabunçuda maşın 15 yaşlı gənci vurub

Bakının Sabunçu rayonunda piyadanın vurulması ölümlə nəticələnib. Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində “Mercedess” markalı avtomobil yolu keçmək istəyən piyada 15 yaşlı Rəşad Məmmədovu vurub. R. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqlıiyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/

Şərhlər