Sabunçuda ev əşyaları ilə birlikdə yanaraq külə döndü
    25 Fevral 2013 Bazar Ertəsi 09:55
    Yanğın hadisəsi Sabunçuda baş verib.
    
                	 
    
         Bakının Sabunçu rayonunda yaşayış evi yanaraq külə dönüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın saat 03:25 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
DOSTLARINLA PAYLAŞ: