Sabunçu rayonunda bankomat partlayıb
10 Oktyabr 2014 Cümə 18:16
Bakının Sabunçu rayonunda bankomat partlayıb. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Bu gecə Bakının Sabunçu rayonunda bankomat partlayıb.

Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində, Qocalar evinin yaxınlığında baş verib.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerinə polis və mütəxəssislər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar