Şabranda 27 yaşlı gənc qətlə yetirildi
19 Mart 2012 Bazar Ertəsi 11:17
Emin Hacıyev xəstəxanada həkimlərə yıxıldığını deyib.
Azərbaycanın Şabran rayonunda qətl hadisəsi olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun dəmiryol adlanan hissəsində qeydə alınıb. Bıçaqlanan rayon sakini 1985-ci il təvəllüdlü Emin Fəxrəddin oğlu Hacıyev olub. Sol döş nayihəsinin bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına gətirilən yaralı həkimlərə yıxıldığını deyib. Dərhal əməliyyata alınan E.Hacıyevi həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Şabran polis bölməsinin əməliyyat işləri üzrə rəis müavini Məmmədmusa Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirlərindən sonra onu həmyerlisi 1972-ci il təvəllüdlü Rəşad Akif oğlu Əzməmmədovun bıçaqladığı bəlli olub.

Artıq hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Şabran Prokurorluğunda cinayət işi açılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar