Rusiyaya geden 51 yaşlı kişi serhedde öldü
19 Avqust 2013 Bazar Ertəsi 10:40
Onun hansı sebebden ölmesi araşdırılır.
Bu gecə saat 02:00 radələrində Azərbaycanla Rusiya sərhəddində ölüm hadisəsi qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qusar-Samux keçid məntəqəsində Rusiya Federasiyasına keçmək istəyən 1962-ci il Əlişahin Hökməli oğlu Bəxtiyarov qəfil dünyasını dəyişib.

Rayon Prokurorluğunun böyük köməkçisi Anar Salehovun ANS PRESS-e verdiyi məlumata görə, meyitə baxış zamanı onun üzərində zorakılıq əlamətləri olmayıb. Əlişahin Bəxtiyarovun həyat yoldaşının verdiyi məlumata görə, əri ölməmişdən əvvəl qan qusub. Daha sonra isə dünyasını dəyişib. Onun hansı səbəbdən ölməsi araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar