Rusiyada azərbaycanlı qadın dünyaya gətirdiyi körpəni su dolu vedrədə boğdu
19 Sentyabr 2013 Cümə Axşamı 21:40
Qan donduran hadisə Rusiyanın Başqırdıstan respublikasında baş verib.
Rusiyanın Federasiyasının Başqırdıstan respublikasında qan donduran hadisə baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sterlitamakda polietilen torbaya bükülü yeni doğulmuş körpə meyidi aşkarlanıb.
Ekspertiza nəticəsində müəyyən edilib ki, oğlan uşağı sağ doğulsa da sonradan ölüb. Axtarışlardan sonra körpənin anası tapılıb. Bu şəhərdə ticarət köşklərindn birində çalışan 43 yaşlı azərbaycanlı qadın olub. Qadın sentyabrın 11-də körpəsini elə köşkdəcə dünyaya gətirib. Sonradan su dolu vedrədə uşağı boğan qadın onu torbaya bükərək dayanacaq yaxınlığındakı kolluğa atıb.
"Qadının buna qədər iki uşağı olub. Üçüncü uşağını öldürdüyünə görə onu dörd ilədək həbs cəzası gözləyir", - deyə hüquq-mühafizə orqanlarından məlumat verilib.
DOSTLARINLA PAYLAŞ: