Rostovda neft daşıyan sisternlər relsdən çıxdı: 27 yaralı
    09 May 2013 Cümə Axşamı 09:58
    Yanğının baş verdiyi ərazidən 3000-ə yaxın adam evakuasiya edilib.
    
                	 
    
         Rusiyanın Rostov vilayətində neft daşıyan 50-dən çox sistern relsdən çıxıb və yanğın baş verib. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məçlumata görə, Belaya Kalitva yaşayış məntəqəsində baş vermiş qəza nəticəsində 27 nəfər xəsarət alıb. Onlardan 11-i xəstəxanaya yerləşdirilib. Yaralılardan 1-inin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gecə baş vermiş yanğının sahəsi 1,5 min kv.metr ərazini əhatə edib.
Belaya Kalitva yaşayış məntəqəsində 3 min nəfərə yaxın adam evlərindən evakuasiya edilib. 
DOSTLARINLA PAYLAŞ: