Rehim Qazıyevin qardaşı oğlu narkotike göre hebs edildi
21 Avqust 2013 Çərşənbə 17:19
Orxan Qazıyev Astara Gömrük Keçid Menteqesinin emekdaşları terefinden saxlanılıb.
Keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşı oğlu narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Bu barədə "aznews"a hüquq-mühafizə orqanlarından eksklüziv məlumat daxil olub.

Məlumatda bildirilir ki, R.Qazıyevin qardaşı oğlu Orxan Qazıyev bu gün saat 11:30-da İrandan Azərbaycana keçərkən Astara Gömrük Keçid Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı O.Qazıyevin üstündən 60 qram tiryək aşkar edilib.

R.Qazıyev isə məsələdən məlumatsız olduğunu bildirib: “Mən indi anam gildəyəm. Orxanı orada görmədim. Amma həbs olunmasından xəbərsizəm. Valideynləri ilə əlaqə saxladım. Dedilər, xəstədi, İrana gedib, ancaq yenə deyirəm, həbsindən xəbərsizəm. Mən o uşaqdan üz döndərmişəm”


DOSTLARINLA PAYLAŞ:

oyunlar