Qusarda qardaş qardaşı bıçaqladı
31 İyul 2013 Çərşənbə 13:53
Faktla bağlı Qusar RPŞ-nin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Qusar rayonunda qardaş qardaşı bıçaqlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon sakini Ayaz Mürsəlov şəxsi münaqişə zəminində qardaşı Railə bir neçə bıçaq zərbəsi endirib. A. Mürsəlov Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfində saxlanıb. Faktla bağlı Qusar RPŞ-nin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: