Qusarda polisi öldürən dəstənin bir üzvü tutuldu
21 Oktyabr 2013 Bazar Ertəsi 17:12
Sahil Mustafayev 6000 manat pulu soyğunçuluq yolu ilə alınan valyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevin oğludur.
Qusarda polisə hücum edərək, 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanmasına yol açan cinayətkar dəstənin daha bir üzvü tutulub. Qusar rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, cinayət hadisəsində iştirak edən Edik Rüstəmov, Faiq Şahmuradov, Ramiz Rəhimxanovdan ibarət cinayətkar dəstə ilə əlaqəsi olan Qusar şəhər sakini, 1986-ci il təvəllüdlü Sahil Sadir oğlu Mustafayev saxlanılıb.
Belə ki, Sahil Mustafayev həmin dəstə tərəfindən quldurluq hadisəsinə məruz qalaraq 6000 manat pulu soyğunçuluq yolu ilə alınan valyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevin oğludur. Onun bu dəstənin üzvlərilə dostluq münasibəti olduğu bildirilir.
Qeyd edək ki, oktyabrın 19-da Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin xususi təyinatlarının Qusarın məşə massivində keçirdiyi xususi əməliyyat zamanı dəstənin üzvlərindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv edilib. Edik Rüstəmovun isə yaralı halda qaçdığı bildirilir.
Oktyabırın 16-da polis əməkdaşı Qalib Quliyevin ölümünə, 3 polisin isə yaralamasına səbəb olan silahlı insident ilə bağlı rayonda qoyulmuş postlar götürülsə də, əməliyyat axtarış tədbirləri davam etdirlir.
DOSTLARINLA PAYLAŞ: