Qumarda uduzdu, oğurluğa əl atdı
05 Dekabr 2009 Şənbə 11:10
Qumarda uduzdu, oğurluğa əl atdı. Göygöl sakini xalası oğlunun pullarını oğurladı.
Gəncə şəhərində oğurluq hadisəsi baş verib. Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini Arzu Məmmədov iki gün əvvəl evindən 10 min 400 ABŞ dolları məbləğində pul itməsi faktı ilə bağlı polisə müraciət edib. Yaradılan istintaq qrupu tərəfindən şikayətçi Arzu Məmmədovun xalası oğlu 42 yaşlı Göygöl rayon Topalhəsənli kənd sakini Elmar Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmələr zamanı saxlanılan Elmar Əliyev oğurluq etdiyini etiraf edib. O bildirib ki, həmyerlisi Mirzə Həsənovun evində qrup şəklində qumar oynayıb və qumarda külli miqdarda pul uduzub. Elmar Əliyev oğurluq əməlini uduzduğu pulları geri qaytarmaq istəməsi ilə əsaslandırıb.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: