Qubada iki mərtəbəli ev yanıb
    05 Dekabr 2009 Şənbə 23:05
    Hadisə odun sobasının çox qızdırılması nəticəsində baş verib
    
                	 
    
         Bu gün təqribən 15:13 radələrində Qubanın Barlı kəndində 2 mərtəbəli, səkkiz otaqlı ev yanıb. Hadisə yerinə gələn iki yanğınsöndürən maşının köməkliyi ilə yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Əzzağa Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, 150 kvadrat metrlik evin təqribən 56 kvadrat metri tamamilə yanıb. 
Onun sözlərinə görə, ev sahibi Türkiyədədir. Hazırda evin sahibi hesab olunan İrişev Rafiq Sədulla oğlu isə burada kirayə qalır. 
Evin yanmasına ilkin səbəb kimi, odun sobasının çox qızdırılması nəticəsində tüstü bacasında alışmanın baş verməsi göstərilir. 
Evə dəyən ziyan dəqiqləşdirilir. ANS PRESS
DOSTLARINLA PAYLAŞ: