Qobu sakininə hücum olub
17 Dekabr 2009 Cümə Axşamı 04:00
Qobu sakininə hücum olub. İşdən sağ-çalamat çıxan 24 yaşlı gənc evə al-qan içində və huşsul vəziyyətdə çatıb.
Bu gecə Abşeron rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayonun Qobu qəsəbəsinin sakini, 24 yaşlı İsmayılov Rəşad Rafiq oğlu naməlum şəraitdə bıçaqlanıb. Zərərçəkənin xəsarətləri ağır oldğundan 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı Rəşad İsmayılova döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və o dərhal əməliyyat edilib. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilən gəncin vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir.
Zərərçəkənin yaxınlarının sözlərinə görə, Rəşad axşam saatlarında işdən evə getmək adı ilə çıxıb. Amma işdən sağ-salamat çıxan gənc bir müddət sonra evə al-qan içində daxil olub. Evə gələrkən isə onun huşu özündə deyilmiş. Qardaşı Tərlan İsmayılov bildirib ki, Rəşad “Nizami” metro stansiyasının yaxınlığından marşrut avtobusuna minib. Bıçaqlanmaya səbəb olan mübahisənin də elə avtobusda baş verdiyi güman edilir.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırma aparılır. Rəşad İmayıolvun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması aparılan araşdırmalardvn sonra məlum olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: