Qızı qaçırılan ata polise müraciet etdi
03 Avqust 2013 Şənbə 11:36
Kelbecerde iki gencin sevgisine polis de qarışmalı oldu.
Kəlbəcər rayonundan məcburi köçkün kimi rayonun Qolgəti kəndində məskunlaşan 16 yaşlı Təhminənin qaçırılması Ağdaş polisini də bir-birinə vurub.
Ağdaş Rayon Polis Şöbəsindən "kanal S"ə verilən məlumata görə, Kəlbəcər sakini olan bir kişi Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək qızının oğurlandığını və bu səbəbdən də nəsillər arasında qan düşdüyünü deyib. Kişi hətta ölüm hadisəsinin olduğunu da bildirib. Həmin kəndə dərhal polis əməkdaşları gediblər.
Hadisə yerində məlum olub ki, Təhminə adlı qız sevdiyi oğlan tərəfindən qaçırılıb. Onlar ikilikdə razılığa gələrək qaçıblar. Buna görə, qız tərəfi ilə oğlanın adamları arasında dava düşüb.
Nazirliyə zəng edən kişi isə Təhminənin atası olub. Heç bir ölüm olmadığı, qaynar xəttə edilən zəngin yalan olduğu üzə çıxıb. Tərəflər sakitləşdirilib. Hazırda polis tərəfindən araşdırma aparılır
DOSTLARINLA PAYLAŞ: