Qız qalasında intihar hadisəsi baş verib
29 Dekabr 2014 Bazar Ertəsi 11:56
Qız qalasında intihar hadisəsi baş verib. Ehtimal edilir ki, kişi özünü Qız Qalasından atıb.
Bakının Səbail rayonu ərazisində Qız qalasının altında kişi meyiti tapılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarından ANS PRESS-ə verilən məlumata görə, meyitin təxminən 55 yaşlı şəxsə məxsus olduğu ehtimal edilir.

Lakin ölümün dəqiq səbəbləri bilinmir. Ətrafda olan insanlar kişinin Qız qalasından atıldığını desələr də, meyitin üzərində hansısa xəsarətlər yoxdur.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar