Qısqanc qardaş ofisiant bacısını kafedə öldürdü
10 Fevral 2014 Bazar Ertəsi 11:24
Fevralın 8-də Gəncə şəhərdəki çay evindəki qətlin üstü açılıb.
Gəncə şəhərində törədilmiş qətl hadisəsinin üstü açılıb. Gəncə şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, fevralın 8-də saat 12:00 radələrində şəhərdəki çay evində 20 yaşlı Aytac Əziminin qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Həmin gün kafeyə gələn ofisiant qızın kiçik qardaşı, 1996-cı il təvəllüdlü Qədimov Ülfət Mehman oğlu bacısına bıçaqla çoxsaylı zərbələr endirib. Xəstəxanaya aparılan Aytac Əziminin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
DOSTLARINLA PAYLAŞ: