Hadisə

Qəbiristanlıqda yanğın baş verdi

Yanğın zamanı qəbiristanlığın ərazisindəki başdaşı sexi tamamilə yanıb

· Xəbərçi
Qəbiristanlıqda yanğın baş verdi
Bakı şəhərində qəbiristanlıqda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 01.00 radələrində Nizami rayonundakı qəbiristanlığın ərazisində başdaşı düzəldən sexdə meydana gəlib. Yanğının qarşısı əraziyə cəlb edilmiş yanğınsöndürənlərin səyi nəticəsində alınıb. Nəticədə ümumi sahəsi 40 kvadrat metr olan sexin yanar konstruksiyaları, içərisinə yığılmış şüşə-pambıq üzlükləri və məişət avadanlıqları tamamilə yanıb. Yanğının başvermə səbəbləri məlum deyil, araşdırma apaırlır. ANSPRESS

Şərhlər