Qazax rayonunda intihar hadisəsi baş verib. Qazax rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Şəmkir rayonu, Üçtəpə kəndində müəllimə işləyən 22 yaşlı Ana Bağırova dərman içərək özünü zəhərləyib. O, ağır vəziyyətdə Qazax Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Gənc qızın özünəqəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Qazax rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
Qazaxda orta məktəb müəlliməsi intihar etdi
22 yaşlı Ana Bağırova dərman içərək özünü zəhərləyib




Şərhlər