Qardaşlar biri-birini bıçaqlayıb
20 Noyabr 2009 Cümə 15:00
Mübahisə Vüqar və Bəxtiyar Məhərrəmovların xəstəxanaya düşməsi ilə nəticələndi
Bakının Nizami rayonu ərazisində qardaşlar arasında bıçaqlanma hadisəsi baş verib.
Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Vüqar Məhərrəmova məxsus Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 7 ünvanındakı mənzildə qeydə alınıb. Sərxoş halda qardaşı Vüqarın evinə gələn 37 yaşlı Bəxtiyar Məhərrəmov onunla mübahisə etməyə başlayıb. Mübahisə sonda qardaşların hər ikisinin bıçağa əl atasına səbəb olub və qardaşlar bir-birinə bıçaqla xəsarət yetiriblər. Onlar ağır xəsarətlə xəstəxanaya aparılıblar. Bəxtiyarın vəziyəti ağır olsa da, Vüqar ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: