Qaradağda 29 yaşlı sürücü ağır qəzada öldü
31 May 2014 Şənbə 03:59
Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini xilasedicilər çıxarıb.
Bakı – Qazax magistralının 17-ci kilometrliyində, Qaradağ rayonu ərazisində sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

FHN mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, “Audi” markalı minik avtomobili yolayırıcı səddə çırpılıb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan 29 yaşlı sürücü Nəcəfov Emin Şakir oğlu hadisə yerində keçinib.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:12-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar