Qaradağ rayonunda 33 yaşlı kişidən ailəsinə zərbə
25 İyul 2014 Cümə 10:45
Ötən gün axşam saatlarında Bakının Qaradağ rayonunda gənc kişi özünü asıb.
Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramin Mehdiyev yaşadığı evdə asılmış halda tapılıb. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.

Hələlik intiharın səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar