Qara Tofiq kimler terefinden öldürülüb?
31 Avqust 2013 Şənbə 11:53
Bakıda öldürülen avtoritet Qara Tofiq in qatilinin axtarışları davam edir.
Ötən gecə saat 22:35 radələrində Bakının Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 27-nin qarşısında qətlə yetirilən 1952-ci il təvəllüdlü Tofiq Əli oğlu Həsənovun qatilinin tutulması barədə kütləvi informasiya vasitələrində məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, kriminal aləmdə “Qara Tofiq” adı ilə məşhur olan Tofiq Həsənovun qatili 1972-ci il təvəllüdlü Güloğlan Cəfər oğlu Abbasov həbs olunub.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin müstəntiqi, polis-mayoru Ramin Güləliyevin ANS PRESS-ə verdiyi məlumata görə, “Qara Tofiq”in qatili hələlik tutulmayıb. Güloğlan Abbasova gəldikdə isə, hadisə baş verərkən o, Azərbaycanda olmayıb.
“Tofiq Həsənovun öldürüldüyü vaxt Güloğlan Abbasov Rusiyada olub. Hazırda qətlin kim tərəfindən törədildiyi araşdırılrı. İstintaq gedir”, - deyə Ramin Güləliyev bildirib.
Qatilin həbs olunması ilə bağlı Sabunçu rayon Prokurorluğunda da heç bir məlumat olmadığını bildiriblər.
Qeyd edək ki, avqustun 29-u gecə saat 22:35 radələrində Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 27-nin qarşısında 1952-ci il təvəllüdlü Tofiq Əli oğlu Həsənov güllələnib.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin müstəntiqi, polis-mayoru Ramin Güləliyevin ANS PRESS-ə verilən məlumata görə, qətlə yetirilən Tofiq Həsənovun yanından 6 “Makarov” tipli tapançaya aid güllə gilizi tapılıb. Başından, sifətindən və ürək nahiyyəsindən ağır güllə yarası alan Tofiq Həsənov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Tofiq Həsənovun uzun müddət həbsxanada məhbusluq həyatı yaşadığı bildirilir. Hətta o, kriminal aləmdə “Qara Tofiq” adı ilə məşhur olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
DOSTLARINLA PAYLAŞ: