Qadın alt paltarında həbsxanaya narkotik vasitə keçirmək istədi
07 İyul 2014 Bazar Ertəsi 13:27
Bakıda qadın alt paltarında həbsxanaya narkotik vasitələr keçirmək istəyib. Hadisə 7 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Bakıda qadın alt paltarında həbsxanaya narkotik vasitələr keçirmək istəyib.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 7 saylı cəzaçəkmə müəssisəsində baş verib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində məlum olub ki, cəza çəkən məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı vətəndaş Zeynəb Arzuman qızı Nağıyeva gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş narkotik vasitələr aşkar edilərək götürülüb.

Qadının üzərindən xalis çəkisi 4,590 qram olan narkotik vasitə “Tiryək” və xalis çəkisi 3,038 qram olan narkotik vasitə “Marixuana” aşkarlanıb.

Fakt üzrə araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar