Prezidenti Administrasiyası yaxınlığında ər-arvad özünü yandırdı
13 Avqust 2014 Çərşənbə 12:43
Bakının Səbail rayonu ərazisində iki nəfər özünü yandırıb. Hadisə Prezidenti Administrasiyasının yaxınlığında baş verib.
Bakının Səbail rayonu ərazisində iki nəfər özünü yandırıb. Hüquq-mühafizə orqanalrından ANS PRESS-ə verilən məlumata görə, hadisə Prezidenti Administrasiyasının yaxınlığında baş verib.
Özünü yandıranlardan biri qadın, digəri kişi olub. Qadının Jalə Camal qızı Salamova olduğu müəyyən edilib. Lakin kişinin kimliyi hələlik məlum deyil.
Verilən məlumata görə, onlar ərlə arvaddır. Hadisənin hansı səbəbdən baş verməsi barədə isə açıqlama verilmir.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: