Pomidor turşusundan bir ailə zəhərləndi
20 Dekabr 2012 Cümə Axşamı 12:46
Hadisə Ağdamda qeydə alınıb.
Ötən gecə Ağdamda daha bir ailə üzvləri pomidor turşusundan zəhərlənib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ana və 3 azyaşlı qızı zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Belə ki, 40 yaşlı Kəmalə Quliyeva, onun qızları 6 yaşlı Rəqsanə, 5 yaşlı Əfsanə və 4 yaşlı Şəkər Teymurova bacıları ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Hazırda ananın vəziyyəti kafidir. Uşaqlar isə nisbətən ağırdır. Uşaqların həyati təhlükəsi qaldığı üçün Bakıdan rayon xəstəxanasına həkimlər gələcək.
Bundan əlavə, ailənin istifadə etdiyi pomidor turşusu Bakıya analizə göndəriləcək.
DOSTLARINLA PAYLAŞ: