Polkovnik-leytenantı maşın vurdu
19 May 2014 Bazar Ertəsi 10:23
Polkovnik-leytenantı maşın vurdu. Hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.
Bakıda yüksək rütbəli hərbçini maşın vurub.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

“Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar