Polis bu qızın qohumlarını axtarır
16 İyul 2013 Çərşənbə Axşamı 06:27
Şüvəlan istiqamətində cəsədi tapılan qadının aparılan əməliyyat-axtarış tədbirlərinə baxmayaraq kimliyi məlum deyil.
15 gündər çoxdur ki, çimərlikdə meyiti tapılan bu qadının hələ də kimliyi müəyyən edilməyib. Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsindən Modern.az-a verilən məlumata görə, iyunun 30-da Xəzər dənizinin Şüvəlan istiqamətində cəsədi tapılan qadının aparılan əməliyyat-axtarış tədbirlərinə baxmayaraq kimliyi məlum deyil.

İdarədən həmçinin bildirilib ki, qadının 25-30 yaşlarında olduğu güman edilir. Meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Polis qadının meyitinin təhvil verilməsi üçün onun yaxınlarını, qohumlarını axtarır.
Mərhumu tanıyanların 012 433 38 02 telefon nömərləri vasitəsi ilə növbətçi hissəyə məlumat vermələri xahiş olunur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar