Polis Bakıda kirayənişinlərin qanlı insidentilə bağlı məlumat yaydı
09 Sentyabr 2013 Bazar Ertəsi 12:53
Qətldə şübhəli bilinən şəxs tutulub.
Bakının Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində kirayədə yaşayan Rəşad Həziyev şəxsi mübahisə zəminində Bərdə rayon sakini Aqil Məhərrəmovu bıçaqla qətlə yetirib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Ağcabədi rayon sakini Rəşad Həziyev tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar