Hadisə

Permdə kafe partladı: 15 ölü

Permdə kafe partlayıb. 15 ölü var. Partlayış nəticəsində yaralananların sayı dəqiqləşdirilir.

· Xəbərçi
Permdə kafe partladı: 15 ölü
Rusiyanın Perm şəhərindəki kafelərdən birində partlayış baş verib. Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, partlayış nəticəsində 15 nəfər ölüb, yaralıların sayı dəqiqləşdirilir. Kafedə pirotexnikanın partladığı güman edilir.

Partlayış yerli vaxtla saat 23.15-də (Bakı vaxtı ilə 00.15) “Xromaya loşad” (“Axsaq at”) klubunda baş verib. Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları və xilasedicilər işləyirlər. ANSPRESS

Şərhlər