Hadisə

Paytaxtda zorlama hadisəsi baş verdi

17 yaşlı qızı zorlamaq istəyən şəxs tutulub

· Xəbərçi
Paytaxtda zorlama hadisəsi baş verdi
Azərbaycan paytaxtında yeniyetmə qızı zorlamaqda təqsirli bilinən şəxs tutulub.
Əzizbəyov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Buzovna qəsəbəsinin sakini, 21 yaşlı Elməddin Rəhimov Bakı sakini 17 yaşlı M.S-nı (ad şərtidir) zorlayıb. Dekabrın 5-də Buzovna qəsəbəsinin sakini, 1988-ci il təvəllüdlü Elməddin Rəhimov Bakı sakini, M.S-nı yaşadığı ünvanda zorlamaq istəyib. Lakin qızın müqavimət göstərməsi nəticəsində oğlan istəyinə çata bilməyib. Zərərçəkmiş hadisə barədə Əzizbəyov rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Rəhimov tutulub.

Faktla bağlı cinayət işi başlayıb. ANSPRESS

Şərhlər