Paytaxtda yalançı falçılar peyda olub
02 Dekabr 2009 Çərşənbə 16:25
Paytaxtda yalançı falçılar peyda olub. Şəhla Ağayevanın fala baxmaq adı ilə pul və qızıl əşyaları alınıb.
Yasamal rayonunda dələduzluq hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata göprə, 2 naməlum qadın Zərdabi küçəsi ev 53 mənzil 18-də yaşayan, 45 yaşlı Şəhla Ağayevanın etimadını qazanaraq fala baxmaq adı ilə ondan 800 manat pul və qızıl əşyaları alıb. Hazırda həmin qadınların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: