Paytaxtda uşaq bağçasında meyit tapıldı
17 Dekabr 2009 Cümə Axşamı 10:45
50-60 yaşlarında olan kişinin şəxsiyyəti məlum deyil
Bakının Xətai rayonu ərazisində naməlum kişi meyidi tapılıb.
Xətai rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, təxminən 50-60 yaşlarında olan kişinin meyidi Babək prospektində yerləşən uşaq bağçasının həyətində aşkar edilib. Mərhumun xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmasa da, bədənin müəyyən yerlərində sıyrıqlar olub.
Qeyd edək ki, mərhumun şəxsiyyəti hələlik məlum deyil.
Mərhum sünnət olunmayıb, bu da çox güman ki, onun başqa dinə mənsub olmasından xəbər verir. Onun bədəninin müxtəlif yerlərində "ürəyə batmış xəncər", "qıvrılmış ilan" təsvirində döymələr var.
Hazırda faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: