Paytaxtda silahlı quldurluq hadisəsi baş verdi
08 Dekabr 2009 Çərşənbə Axşamı 10:20
Naməlum şəxslər azyaşlının əl-ayağını bağlayaraq mənzildən külli miqdarda pul aparıblar
Bakı şəhərində quldurluq hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu qəsəbə sakini Abduləziz Abduləzizovun mənzilinə silahlı basqın edilib. İki naməlum şəxs evə daxil olaraq ev sahibinin oğlu, 15 yaşlı Teymur Abdulləzizovu tapança ilə hədələyərək əl-qolunu "skoç"la bağlayıblar. Evdə axtarış aparan şəxslər mənzildən külli miqdarda pul və qızıl-zinnət əşyaları götürüblər.
İlkin məlumata görə, evdən 4000 dollar və 5000 manat pul götürülüb.
Həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar