Sabuncu rayonunda yerləşən yaşayış binasında güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın bu gün 12.00 radələrində Qambay Vəzirov 4 ünvanında yerləşən ikimərtəbəli yaşayış evində meydana gəlib.
Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 3-4 mənzilə ciddi ziyan dəyib və 125 kvadrat metrdən çox ərazi yanıb.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Paytaxtda ikimərtəbəli yaşayış binası yandı
Paytaxtda ikimərtəbəli yaşayış binası yandı. Yanğın nəticəsində 3-4 mənzil yanıb.




Şərhlər