Bakı şəhərində qəbiristanlıqdan oğurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə veriən məlumata görə, hadisə dekabrın 2-si saat 15.00 radələrində Şüvəlan qəbiristanlığında baş verib. Aleksandr Kalmikovun anasının qəbrinin yanında qoyduğu 1,5 tonluq su çəni oğurlanıb.
Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 25 yaşlı Anar Sultanov tutulub.
Faktla bağlı cinayət işi başlanıb. ANSPRESS
Paytaxtda “goreşən” tutuldu
Paytaxtda “goreşən” tutuldu. 25 yaşlı gəncin qəbiristanlıqdakı su çəninə tamahı düşüb.




Şərhlər