Paytaxtda azyaşlı uşaqlar zəhərləndi
17 May 2014 Şənbə 13:13
Uşaqlardan biri kimyəvi məhlul, digəri isə dərmandan zəhərlərnib.
Bakıda zəhərlənmə hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakının Xəzər rayonunda 4 nəfər zəhərlənib.
Mayın 16-da Xəzər rayonu Türkan qəsəbə sakini, azyaşlı Nur Məmmədrzayeva dərmandan, Abşeron rayonu Novxanı qəsəbə sakini, azyaşlı İsmayıl Əhmədov kimyəvi məhluldan, Xırdalan şəhər sakini Səbinə Muradova və Lerik rayon sakini Nuranə Əliyeva dərmandan zəhərlənmələrlə xəstəxanalara gətirilib.
DOSTLARINLA PAYLAŞ: