Paytaxtda avtomobil oğruları tutulub
29 İyun 2009 Bazar Ertəsi 12:15
«VAZ-2106»nı qaçıran şəxslər avtomobili əzdikdən sonra hadisə yerindən uzaqlaşıblar

Bakı şəhərində avtomobil oğruları tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə daxil olan məlumata görə, iyunun 25-nə keçən gecə Daş karxanası küçəsində yaşayan İlham Əhmədova məxsus «VAZ-2106» markalı 10-ET-112 dövlət nömrə nişanlı avtomobil evinin qarşısından qaçırılıb. Həmin gün maşın saat 05.00 radələrində avtomobil Z.Xəlil küçəsində ön hissəsi əzilmiş vəziyyətdə tapılıb.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər-16 yaşlı Adil Əhmədov, həmyaşıdı Nəriman Vəliyev və 18 yaşlı Azər Abdullayev yaxalanıblar. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar