Orxan Zeynalov işgencelere meruz qalır
23 Oktyabr 2013 Çərşənbə 23:46
Azerbaycanın Moskvadakı sefirliyinin emekdaşları cinayetde ittiham olunan hemyerlimizle görüşüb. Orxan Zeynalov işgencelere meruz qalır.
Azərbaycanın Moskvadakı səfirliyinin əməkdaşları bir neçə gün əvvəl adı Rusiyada törədilən bir cinayət hadisəsində ittiham olunan həmyerlimiz Orxan Zeynalovla görüşüblər.
ANS TV-nin məlumatına görə, səfirliyin açıqlamasında deyilir ki, görüş zamanı Orxana hüquqları başa salınıb. O.Zeynalov isə həbs edildiyi gün və təcridxanada saxlanıldığı müddət ərzində əsassız işgəncələrə məruz qaldığını, şərəf və ləyaqətinin alçaldıldığını bildirib.
Rusiyanın daxili işlər naziri və Miqrasiya Xidmətinin rəhbəri isə dövlət dumasında Briyulovadakı hadisələrlə bağlı hesabat verib. Nazir müxtəlif millətlərin nümayəndələri arasında məişət zəminində törədilmiş münaqişəni vəziyyəti pozmaq istəyənlərin təxribatı adlandırıb.
Hesabatda iştirak edən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə bu hadisələri qabaqcadan planlaşdırılmış aksiya kimi qiymətləndirib. Onun sözlərinə görə, bəzi qruplar Pokrov bazarının sahibindən bu bazarı öz qiymətinin 20% dəyərinə satmasını tələb ediblər. Bazarın sahibi isə bu təklifi qəbul etmədiyi üçün Orxan Zeynalov vasitəsiylə hadisələr bu həddə çatdırılıb.
DOSTLARINLA PAYLAŞ: