Hadisə

Ordu zabiti denizde batıb

Müdafie Nazirliyinin metbuat xidmeti faktı tesdiqleyib.

· Xəbərçi
Ordu zabiti denizde batıb
Azərbaycan Ordusunun zabiti dənizdə batıb. APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb.

Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər.

Şərhlər