Mətanət Əzizova: "Araşdıranda görürsən ki, ata qızını zorlayır, və ya qız yaxın qohumları tərəfindən cinsi təcavüzə məruz qalır"
Son vaxtlar ölkədə zorlama halları artıb. Cinsi təcavüzə qalanların əksəriyyəti azyaşlılardır. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, ötən illərlə müqayisədə mərkəzə müraciət edənlərin sayı artıb. Zorlama faktlarının əksəriyyəti ailədaxili zorakılıqlardır.
“Araşdıranda görürsən ki, ata qızını zorlayır, və ya qız əmi, dayı, yaxın qohumları tərəfindən cinsi təcavüzə məruz qalır”, - deyə o vurğualyıb.
Psixoloq Elnur Rüstəmovun fikrincə, cinsi təcavüzün kökündə psixoloji problemlər dayanır. Zorlamaya məruz qalanlar əksər hallarda bu faktı gizlədir. Bu da gələcəkdə daha da ağır nəticələrə gətirib çıxarır.
Qeyri-hökümət təşkilatlarının verdiyi məlumata görə, Azərbaycanda zorlamaya məruz qalan şəxslərdən ən kiçiyinin 6 yaşı olub. O, doğma babasının təcavüzü ilə üzləşib.