Novxanıda 27 yaşlı qız ailəsinə dəhşət yaşatdı
05 Oktyabr 2013 Şənbə 12:38
1986-cı il təvəllüdlü Səidə Zeynalova huşsuz vəziyyətdə ailə üzvləri tərəfindən qonaq otağında tapılıb.
Bu gecə saat 04:21 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan 27 yaşlı qız ailəsinə dəhşətli anlar yaşadıb. Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1986-cı il təvəllüdlü Səidə Zeynalova huşsuz vəziyyətdə ailə üzvləri tərəfindən qonaq otağında tapılıb. Hadisə yerinə təcili yardım həkimləri çağrılıb. Həkimlərin müayinəsi zamanı Səidə Zeynalovanın çoxlu dərman qəbul etdiyi məlum olub. Onu xəstəxanaya yerləşdiriblər.

Araşdırmalar zamanı S.Zeynalovanın intihar məqsədilə dərman qəbul etdiyi məlum olub. Lakin onun nə səbəbdən özünü öldürmək istəməsi hələlik qaranlıq qalır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar